Astara və Biləsuvar sərhəd-keçid məntəqələrinin yenilənməsinə 13 milyon manat xərclənəcək

Gömrük Komitəsi sərhəd-keçid məntəqələrinin yenilənməsinə 12,7 milyon manat ayırıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi ilə bağlı iki satınalma həyata keçirilib.

Belə ki, Astara dövlət sərhədindən buraxılış məntəqəsində binaların cari və əsaslı təmiri, həmçinin infrastrukturun yenilənməsi işləri “Azdev Engineering Construction” MMC-yə 6 598 091,59 manata həvalə edilib.

Digər satınalma üzrə Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində binaların cari və əsaslı təmiri, infrastrukturun yenilənməsi, piyada və sərnişin keçidinin tikintisi işləri eyni şirkətə 6 154 766,85 manata həvalə olunub.

Ümumilikdə iki satınalmanın məbləği 12 752 858,44 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər