12 C
Baku
Saturday, November 23, 2024

Astaraçay üzərində körpü yaxın vaxtlarda istifadəyə veriləcək – İranlı nazir

Gələn iki ay ərzində İran və Azərbaycan arasında Astaraçay üzərində tikilməkdə olan avtomobil körpüsü istifadəyə veriləcək.

Bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

M.Bəzrpaşın sözlərinə görə, Astaraçay üzərindəki yeni körpü iki ölkənin diqqətində duran əsas önəmli layihələrdən biridir.

Bəzrpaş əlavə edib ki, yeni körpü iki ölkənin tranzit imkanlarını daha da artıracaq.

Qeyd edək ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Əlavə edək ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 6 oktyabrda 2 günlük Azərbaycana səfər edib və bir sıra görüşlər keçirib.

Son xəbərlər
Digər xəbərlər