15 C
Baku
Sunday, November 24, 2024

Astarada əsas kapitala cəlb olunan investisiyanın həcmi 60,6 faiz artıb

Ötən il Astara rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 26820,3 min manat və ya əvvəlki illə müqayisədə 60,6 faiz çox vəsait yönəldillib. Ümumi sərmayənin 6470,7 min manatı və ya 24,1 faizi məhsul istehsalı obyektlərinin, 13384,6 min manatı (49,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 6965,0 min manatı (26,0 faizi) isə ümumi sahəsi 17958 kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 20523,8 min manatı və ya 76,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinə xərclənib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər