32 C
Baku
Tuesday, June 18, 2024

Astarada yol çöküb, nəqliyyatın hərəkəti dayanıb

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə – Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər – Şağlazüzə – Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.

Qeyd edək ki, ötən gün Astara rayonunun Vaqo kəndində sel sularının dağıtdığı, Pensər – Asxanəkəran-Toradi yolunu birləşdirən körpüdə təmir işlərinə başlanılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər