Yeni dairə şəkilli loqotip “A” və “M” hərflərini formalaşdıran diaqonal xəttlərdən ibarətdir. Belə şəkilli loqotip keçən əsrin 20-ci illərində Aston Martin şirkəti tərəfindən istifadə edilmişdir. Sonradan bu gün tanıdığımız loqotip meydana gəlmişdir.
Ehtimallara görə, yeni loqotip ingilis istehsalçısının gələcək AM-RB 001 hiperı da daxil olmaqla, yeni modellərində tətbiq edilə bilər.
Yeni hiperkarın çəkisi min kiloqrama yaxın olmalıdır. AM-RB 001 modeli atmosfer tipli V12 mühərriki və KERS sistemi ilə hərəkətə gələn ortamühərrikli kupe olacaqdır. AM-RB001 hiperkarının hibrid qurğusunun ümumi gücü 1000 at qüvvəsi təşkil edəcəkdir. AM-RB 001 hiperkarının yerindən 320 km/saat sürətini 10 saniyəyə toplayacağı bildirilir. Bu sürətdən avtomobilin tam əylənməsi üçün beş saniyə vaxt tələb olunur.
Ramin Musayev, Autograph.az