8 C
Baku
Friday, December 13, 2024

“Astra Zeneca” şirkətinə irad tutuldu

Dünya Təbabət Asosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri “Astra Zeneca” Böyük Britaniya – İsveç əczaçılıq şirkətini koronavirus dərmanının ölkələr arasındakı bölüşüdürülmə siyasətinə görə sərt tənqid edib.

Bu barədə təşkilat rəhbəri RND-yə (Almaniya Redaktorlar Şəbəkəsi) verdiyi müsahibədə bildirərək Avropa İttifaqında istehsal edilən koronavirus dərmanlarının kənara ixrac olunmasına qadağa qoymağa çağırıb.

“Astra Zeneca”nın davranışı dürüst deyil. Böyük Britaniyaya tədarük öhdəliklərini dəqiq yerinə yetirib Aİ ölkələrinə boyun olduğu dərman həcminin yalnız bir hissəsini göndərməsi mümkün deyil”, – F.U.Montqomeri koronavirus dərmanlarının Avropada bölüşdürülməsinin, Aİ-nin daha kasıb üzv ölkələrinə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ötən həftə “Astra Zeneca” Avropa Komissiyasına bildirib ki, istehsalı yenilədikləri üçün birinci rübdə Aİ ölkələrinə boyun olduqları 80 milyon doz dərman əvəzinə, cəmi 31 milyon doz tədarük edə biləcəklər. Bunun nəticəsində bir sıra ölkələrdə peyvənd planlarının pozulduğu bildirilir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də təşkilatın artıq əczaçılıq şirkətlərinə istehsalat güclərini artırmaq üçün milyardlarla vəsait yatırdığını vurğulayıb.

Hazırda Avropa İttifaqında həmçinin ABŞ-ın “Pfizer” şirkəti tərəfindən də dərman tədarükünün xeyli ixtisar olunması ətrafında böyük qalmaqal yaranıb.

Son xəbərlər
Digər xəbərlər