27 C
Baku
Monday, June 27, 2022

“AstraZeneca” Avropaya peyvənd tədarükünü iki dəfədən çox azaldıb

Əczaçılıq şirkəti olan “AstraZeneca” Avropaya koronavirus əleyhinə peyvənd tədarükünü iki dəfədən çox azaldıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Avropa İttifaqı ilə bağladığı razılaşmaya əsasən, 2021-ci ilin mart ayının sonunadək bu regiona 80 milyon doza peyvənd tədarük etməlidir.

Lakin yanvarın 22-də “AstraZeneca” Avropa rəsmilərinə birinci partiyanı 60%, yəni 31 milyon dozaya qədər azaldacağını bildirib. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, istehsalçı 2021-ci ilin ikinci rübündə peyvənd çatışmazlığını kompensasiya edə biləcəyinə zəmanət verməməklə yanaşı, ilin birinci yarısı üçün tədarük qrafikini təyin etməyib.

“AstraZeneca” nümayəndələri tədarük həcmlərinin azaldığını təsdiqləyərək, AB-dəki müəssisələrdən birində dərman istehsalı ilə əlaqədar problemlərlə qarşılaşdıqlarını qeyd ediblər. İlk növbədə, söhbət Belçikadakı “Novasep” tərəfindən idarə olunan zavoddan gedir.

Avropa Səhiyyə Komissarı Stella Kiriakides peyvənd tədarükünün dayandırılmasının Avropa rəsmilərini qəzəbləndirdiyini vurğulayıb.

Xatırladaq ki, bu günə qədər “AstraZeneca” peyvəndi Avropa Birliyində sertifikat almayıb. Preparat İngiltərədə aktiv şəkildə istifadə edilsə də, onun Avropa səlahiyyətliləri tərəfindən təsdiqlənməsi fevral ayının əvvəlində planlaşdırılır.

Baş verən hadisə Avropa regionunun vaksinasiya kampaniyasına zərbə vurub. Bundan əlavə, tədarük həcmini azaltmaq qərar barədə “Pfizer” də açıqlama vermişdir.

Son xəbərlər
Oxşar xəbərlər