13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“AstraZeneca” ölkələrə 2 mlrd. doza peyvənd tədarük edib

Oksford Universiteti ilə əməkdaşlıq edərək, COVID-19-a qarşı preparat hazırlayan “AstraZeneca” şirkəti pandemiya başlayandan dünya ölkələrinə 2 milyard doza peyvənd tədarük edib.

Banker.az xəbər verir ki, beləliklə, o, bu səviyyəyə çatan ilk qərb istehsalçısı olub.

Qeyd edək ki, dünya səviyyəsində “AstraZeneca” yalnız Çinin “Sinovac” şirkətindən geri qalır.

“AstraZeneca” peyvəndi hazırda dünyanın 15 ölkəsində istehsal olunur və 170-dən çox ölkədə istifadə olunur. Şirkət hesab edir ki, bu peyvəndlə indiyədək 50 milyon insan peyvənd olunub.

Xatırladaq ki, keçən həftə şirkət koronavirusun epidemioloji hala gəldiyini və qrip kimi müntəzəm xarakter kəsb edəcəyini vurğulayıb. Buna görə də, “AstraZeneca” artıq peyvəndi maya dəyərinə satmayacağını və bu sahədən gəlir əldə et

Son xəbərlər
Oxşar xəbərlər
X