5 C
Baku
Saturday, December 14, 2024

“AstraZeneca” peyvəndinin “vətəni” onun istifadəsini dayandırıb

İsveç “AstraZeneca” peyvəndinin istifadəsini dayandırdığını açıqlayıb.

Banker.az “Radiosputnik”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş epidemioloqu Anders Teqnella məlumat verib. Onun sözlərinə görə, bu qərar ehtiyat tədbiridir.

“EMA bu hadisələrin vaksinasiya ilə əlaqəli olub-olmadığını öyrənənə qədər vaksinasiyanı dayandırmaq vacibdir”, – deyə Teqnell söyləyib.

Qeyd edək ki, daha əvvəl Avstriya, Almaniya, Fransa, İtaliya və Avropa Birliyinin daha on ölkəsi ehtiyat tədbiri olaraq “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmışdır. Bu, “AstraZeneca” ilə vaksinasiya olunmuş qadının ölümü səbəbindən baş verib. Eyni zamanda, peyvənddən sonra müxtəlif ölkələrdə olan xəstələrdə qanın laxtalanması ilə bağlı bir sıra problemlər aşkar edilib.

Peyvəndin istifadəsini həmçinin İspaniya da dayandırıb. Bazar ertəsi günü İspaniyanın Səhiyyə Nazirliyinin rəhbəri Karolina Darias “AstraZeneca”nın yan təsirləri ilə əlaqəli məlumatlarla bağlı təcili iclas keçirib.

Finlandiya isə da “AstraZeneca”nın istifadəsini davan etdirəcəyini bildirib. Finlandiya Əczaçılıq Təhlükəsizliyi və İnkişafı Agentliyi peyvəndin təhlükəsizliyi ilə bağlı əlavə məlumatlar gözlədiyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər