12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Atəşgah Həyat Sığorta” şirkəti kiçilib, mənfəəti azalıb

“Atəşgah Həyat Sığorta” 2020-ci ili 4.986 milyon manat xalis mənfəətlə başa vurub. Sığorta şirkəti 2019-cu ili 6.961 milyon manat xalis mənfəətlə başa vurmuşdur. Belə ki, şirkətin xalis mənfəəti 2019-cu ilə nisbətən 28.4% azdır.

Banker.az bu barədə sığorta şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 73.878 milyon manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 67.646 milyon manat (2.4 dəfə çox) olub. 2019-cu ildə isə “Atəşgah Həyat Sığorta”nın gəlirləri 36.942 milyon manat, xərcləri 28.24 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 69.703 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28.5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 34.4% azalaraq 50.240 milyon manata, cəmi kapitalı isə 7% azalaraq 19.463 milyon manata düşüb.

Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.

gl ak

Son xəbərlər
Oxşar xəbərlər
X