26 C
Baku
Thursday, May 30, 2024

“Atəşgah Həyat Sığorta”nın sədrinə İcbari Sığorta Bürosunun rəhbərliyində vəzifə verilib

“Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına üzv seçilib.

Bu barədə İSB-dən bildirilib.

Məlumata görə, o, Büronun rəhbərliyində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta” ASC-nin İH-nin keçmiş sədri Azər Allahverdi oğlu Əliyevi əvəzləyib.

Himayəçilər Şurasının sədri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Zəfər oğlu Əliyev, digər üzvləri isə AMB-nin nümayəndəsi Vüsal Cavanşir oğlu Qurbanov, “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova və “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlıdır.

Xatırladaq ki, İSB “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanına uyğun olaraq yaradılıb. Büro hüquqi şəxslərin ittifaqıdır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər