“Atəşgah” Sığorta Şirkəti geriləyib

“Atəşgah” Sığorta Şirkətinin sığorta yığımlarının həcmi azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“Atəşgah” Sığorta Şirkətinin 2020-ci ilin iyun ayına sığorta yığımının həcmi 12 milyon 319 min manat təşkil edib. Bu öncəki illə müqayisədə 5 milyon 314 min manat və yaxud 30% azalma deməkdir.

Ötən ilin iyun ayında sığorta şirkətinin yığımları 17 milyon 633 min manat olub. 2018-ci ilin eyni dövründə isə “Atəşgah” Sığorta Şirkətinin yığımlarının həcmi 19 milyon 699 min manat təşkil edib.

Onu da qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildə dövlət qeydiyyatına alınıb. Bu sığorta şirkətinin nizamnamə kapitalı 5 008 500 manatdır və qanuni təmsilçisi Azər Əliyev Allahverdi oğludur.