27 C
Baku
Saturday, July 27, 2024

“Atəşgah Sığorta”dan “Azərbaycan Sənaye Sığorta”ya transfer olub

“Atəşgah Sığorta” ASC-nin Tibbi sığorta Departamentinin direktoru işdən çıxıb. Bu barədə Şirkətdən bildirilib.

Məlumata görə, söhbət Dilarə Məmmədovadan gedir. Hələ ki, onun yerinə təyinat olmayıb.

D.Məmmədova “Azərbaycan Sənaye Sığorta” ASC-nin Tibbi sığorta Departamentinin direktoru vəzifəsinə gətirilib. O, yeni vəzifəsində Sadiq Mədətovu əvəz edib.

Xatırladaq ki, “Atəşgah Sığorta” şirkəti 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 371 manat olan 13 500 səhm əsasında formalaşıb. Onun səhmlərinin 63%-i “İSR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

“Azərbaycan Sənaye Sığorta” isə 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Reporta

Son xəbərlər
Digər xəbərlər