6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Atəşgah Sığorta”nın Direktorlar Şurası sədrinin müşaviri vəzifəsini tərk edib

“Atəşgah” Sığorta Şirkətinin rəhbərinin müşaviri vəzifəsindən tərk edib.

Bu barədə Banker.az Atəşgah Sığorta Şirkətinin rəsmi səhifəsinə istinadən xəbər verir.

Xəbərə görə, Əhmədov Elçin Rəşid oğlu “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədrinin müşaviri vəzifəsini tərk edib.

Qeyd edək ki, 2021-ci ilin yanvarından Əhmədov Elçin Rəşid oğlu “Atəşgah”ha yaxın olan “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü seçilmişdi, hazırda da bu vəzifəsində çalışmaqdadır. Həmin müddətdən dekabra qədər onun paralel olaraq Direktorlar Şurası sədrinin müşaviri vəzifəsində çalışdığı qeyd edilirdi.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500  manat nizamnamə kapitalı var. Kapitalının 63%-i “İSR Holdinq”, 27%-i “Ran-Exim” şirkəti və 10,00%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

 

Son xəbərlər
Oxşar xəbərlər