25 C
Baku
Saturday, July 13, 2024

“Atəşgah”dan şikayət: ödənişləri az hesablayıb, süründürməçilik edir

Azərbaycanın sığorta bazarında yığımlara görə ilk beşlikdə qərarlaşan “Atəşgah” Sığorta Şirkəti ASC-dən şikayət edilib. Zərər çəkən tərəf deyir ki, avtomobilə dəyən ziyana görə sığorta çox aşağı hesablanıb.

Bununla bağlı redaksiyamıza məlumat daxil olduğu üçün məsələni araşdırmaq istədik.

Sığorta hadisəsi avqust ayının 10-da baş verib. Belə ki, “KİA Rio” markalı avtomobil zərər çəkmiş tərəf olan “KİA Cerato Minik” avtomobili ilə toqquşub, nəticədə “KİA Cerato Minik” avtomobili bu hadisədən zərər çəkib. Zərər vurmuş tərəf avtomobilinin icbari avtomobil sığortası (AVİSMİS) müqaviləsini “Atəşgah” S.Ş. ilə imzalayıb.

“KİA Cerato Minik” avtomobilin sahibi Ramil Kərəmov iddia edir ki, üstündən bir aydan çox keçməsinə baxmayaraq, süründülməçiliklə onun ödənişini gecikdirirlər.

Ona bildiriş gəlib ki, sığorta şirkəti tərəfindən onatəxminən 650 manat ödəniş olunacaq. Zərərçəkmiş tərəf isə bu sığorta ödənişinin “heç bir qapının” belə ödənişini qarşılamağa imkan vermədiyini deyir. O iddia edir ki, avtomobilə ən azından 1 500 manat həcmində sığorta pulu hesablanmalıdır.

“Hələ bu azmış kimi deyir bunu veririk, gedin, kimə istəyirsiniz şikayət edin. Hədə qorxu gəlirlər”- deyə, şikayətçi tərəf bildirir.

Üstəlik, sığortaçı ödənişin gecikməsi ilə bağlı “A4”ün hələ də gəlib çatmamasını əsas gətirib.

Qarşı tərəfə – “Atəşgah” S.Ş.-nə müvafiq hadisə ilə bağlı sorğu göndərilib.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Cari ilin ilk səkkiz ayında sığorta şirkəti  33.17 mln. Manat sığorta haqqı yığdığı halda, şirkət tərəfindən 15.59 mln. manat ödəniş edilib.

309498200 8613128398712391 7491907975254450824 n 309489197 8613128372045727 3844285186996971800 n

Son xəbərlər
Digər xəbərlər