22 C
Baku
Saturday, July 13, 2024

ATƏT-in fəaliyyətdə olan sədri bu gün Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaz ölkələrində səfərdədir.

ATƏT sədri Gürcüstana səfəri başa vurduqdan sonra bu gün Azərbaycana gələcək.

Martın 31-də Zbiqnev Raunun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.

Azərbaycandan sonra ATƏT sədri Ermənistana yola düşəcək.

Səfərin məqsədi Cənubi Qafqaz regionunda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.

Son xəbərlər
Digər xəbərlər