19 C
Baku
Bazar, Sentyabr 26, 2021

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib

Screen Shot 2021 09 02 at 14.34.20

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib.

Iqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, bu vəzifədə Iqor Valentinoviç Popovu əvəz edib.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı Iqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Iqor Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupu bu gün Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanat Fransa- Stefani Viskonti, ABŞ- Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Kovayevin adından yayılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər