31 C
Baku
Thursday, July 17, 2025

ATƏT-in yeni sədri Ukraynaya səfər edəcək

ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri Ann Linde Ukraynaya səfər edəcək.

Bu barədə A. Linde ölkəsinin təşkilata sədrliyi dövründəki prioritetləri təqdim edərkən bildirib.

“Ortaq öhdəliklərimizin və beynəlxalq hüququn pozulmasının ən bariz nümunəsi Ukrayna və onun ətrafındakı böhrandır”, – deyə İsveçin XİN başçısı bildirib.

O qeyd edib ki, ölkəsi təşkilata sədrlik etdiyi dövrdə ATƏT-in Ukraynadakı müşahidə missiyasının fəaliyyətinə güclü dəstək verməyə davam edəcək.

“Gələn həftə mən Ukraynaya səfər edəcəyəm”, – deyə A. Linde vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər