3 C
Baku
Cümə, Yanvar 21, 2022

ATƏT PA-nın prezidenti Qarabağda atəşkəsin əldə olunmasına münasibət bildirib

“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacaq”.

Bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.

O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib və tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.

G.Tseretelinin sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir: “Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər