“Atəşgah Həyat Sığorta” ASC 2023-cü ili 7 milyon 488 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə sığorta şirkəti 8 milyon 474 min manat mənfəət etmişdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 48 milyon 224 min manat, xərcləri 38 milyon 864 min manat, mənfəət vergisi ödəmələri isə 1 milyon 872 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 102 milyon 87 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 29% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 85 milyon 341 min manata, balans kapitalı isə 16 milyon 746 min manat olub.