11 C
Baku
Monday, November 18, 2024

“Atəşgah Həyat” Sığorta Şirkəti çox toplayıb, az ödəyib

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2022-ci il üzrə göstəriciləri açıqlanıb.

Banker.az xəbər verir ki, “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları artasa da, etdiyi ödənişlər azalıb.

Şirkətin topladığı sığorta haqları isə 2022-ci ilin yanvar-dekabr aylarında 53 milyon 466 min manat ikən 2021-ci ildə 44 milyon 60 min manat təşkil edib.

“Atəşgah Həyat” Sığorta şirkətinin illik sığorta ödənişləri isə 29 milyon 993 min manatdan 31 milyon 557 min manata geriləyib.

Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər