9 C
Baku
Monday, November 18, 2024

“Atəşgah Həyat” xəbəri təkzib etdi: Agentliklərin fəaliyyətində heç bir dəyişiklik yoxdur

“Atəşgah Sığorta Agentliyi “ MMC və “Lider Sığorta Agentliyi” MMC ləğv olunması ilə bağlı xəbəri “Atəşgah Həyat” Sığorta Şirkəti təkzib edib.

“Bir sıra kütləvi informasiya vasitələrində “Atəşgah Sığorta Agentliyi” MMC –nin ləğvinə dair yayımlanan elanla əlaqədar bildirmək istərdik ki, bu məlumatın  “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinə heç bir aidiyyatı yoxdur.

Hər iki şirkətin fəaliyyətində heç bir dəyişiklik yoxdur. ” — deyə Sığorta Şirkətindən Banker.az-a bildirilib.

Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər