14 C
Baku
Tuesday, November 4, 2025

“Atəşgah Həyat”ın həyat sığortası bazarında payı artıb

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2025-ci ildə yığımlarını artırması hesabına son bir ildə bazar payını qaldırıb.

Banker.az xəbər verir ki, həyat sığortası şirkəti ilin ilk doqquz ayında 81.12 milyon manatlıq yığım həyata keçib. Bu da 2024-cü ilin eyni dövründəki 63.95 milyon manatla müqayisədə 29 faiz artımdır.

Beləliklə, “Atəşgah Həyat” 2025-ci ilin ilk üç rübündə  655,44 milyon manatlıq bazardakı payını son bir ildə 10 faizdən 12 faizə yüksəldib və bazarın ikinci ən iri oyunçusu kimi qalır.

Bununla belə, sığortaçının sığorta ödənişləri də yüksəlib. Məsələn, ötən ilin müvafiq dövründəki 36.9 mln. manatlıq sığorta ödənişlərinin həcmi bu il 47.51 mln. manata qədər artıb. Bu da ödənişlərin illik müqayisədə 29 faiz artımıdır.

Xatırladaq ki, “Atəşgah Həyat” 2024-cü ili 7.48 mln. manat xalis mənfəətlə başa vurub və bu öncəki illə təxminən eyni idi.

 

Son xəbərlər
Digər xəbərlər