9 C
Baku
Monday, November 18, 2024

“Atəşgah Həyat”ın rəhbərliyində yeni təyinatlar

“Atəşgah Həyat” sığorta şirkətinin İdarə Heyətinə yeni üzvlər təyin olunub.

Banker.az-a bu barədə sığorta şirkətindən məlumat verilib.

Şəfəq Həsənova və Ayla Mustafayeva şirkətinin İdarə Heyətinə üzv seçiliblər.

Bununla da, “Atəşgah Həyat”ın idarə heyətinin tərkibi 5 nəfərə çatıb.

Qeyd edək ki, şirkətin idarə heyətinin sədri hazırda Azər Əliyev, sədr müavini Orxan Şirinli, idarə heyətinin digər üzvü isə Xəqani Baxşəliyevdir.

Son xəbərlər
Digər xəbərlər