“Atəşgah” Sığorta Könüllü Tibbi Sığorta üzrə yeni məhsullarını təqdim edir

®Müştərilərinə innovativ və etibarlı sığorta həlləri təqdim etməyə davam edən “Atəşgah” Sığorta Şirkəti ASC Könüllü Tibbi Sığorta (KTS) istiqamətində məhsul portfelini genişləndirib.

Yeni məhsullar sırasında “Tələbəm”, “Ailəm” və “Sağlam qal” paketləri yer alır. Sözügedən sığorta məhsulları müştərilərə müxtəlif tibbi xidmətlərdən yararlanmaq, sağlamlıqlarının qorunmasına dəstək olmaq və keyfiyyətli tibbi xidmətlərə daha rahat çıxış əldə etmək imkanı yaradır.

Bundan əlavə, müştərilər üçün ödəniş imkanları da daha əlçatan şəkildə təqdim olunur. BirKart və TamKart vasitəsilə ödəniş zamanı sığorta haqqını 6 aya bölərək hissəli şəkildə ödəmək mümkündür.

Bu imkan müştərilərə seçdikləri tibbi sığorta paketlərindən daha rahat və çevik şəkildə yararlanmağa şərait yaradır. Yeni məhsullar haqqında ətraflı məlumat almaq üçün “940” nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər