18 C
Baku
Friday, October 3, 2025

“Atəşgah” Sığorta Şirkəti 4 oktyab Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində xeyriyyə aksiyası həyata keçirib

®Təşəbbüsün əsas məqsədi sahibsiz heyvanlara diqqət və qayğının artırılması, onların rifahına dəstək göstərilməsi olub. Aksiya çərçivəsində şirkət əməkdaşları Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən “Bars” sahibsiz heyvanlar sığınacağına və Nərimanov rayonunda yerləşən pişik sığınacağına baş çəkiblər. Ziyarət zamanı sığınacaqda olan heyvanlar müxtəlif növ qida ehtiyacları ilə təmin edilib.

Əlavə olaraq, şirkət tərəfindən sahibsiz küçə heyvanları üçün şirkətin brend rənglərinə uyğun olaraq hazırlanmış evciklər də istifadəyə verilib. Həmin evciklər Bakı şəhərində yerləşən şirkət ofislərinin qarşısında yerləşdirilərək küçə heyvanları üçün müvəqqəti sığınacaq rolunu oynayacaq.

“Atəşgah” Sığorta Şirkəti uzun illərdir ki, sosial məsuliyyət layihələrinə böyük önəm verir və cəmiyyətə fayda vermək məqsədilə bu cür təşəbbüslərə daim dəstək göstərir. Şirkət yalnız iqtisadi fəaliyyətlə kifayətlənməyərək, sosial və ekoloji sahələrdə də cəmiyyətə töhfə verməyi öz prioriteti hesab edir.

6c553485 17d2 43c8 8fa7 e11da9c089e2  70289277 5130 4aea a1cf cffeddd485a0 aad3251a d1ea 4691 aa7f 2a19e17b075b

cb4a7045 09fb 4d6b 9045 d79ce8decc6d

f5c1eb48 ef69 4728 80ec 6116ae18c017

Son xəbərlər
Digər xəbərlər