10 C
Baku
Monday, November 18, 2024

“Atəşgah” Sığorta Şirkəti “Azərsu”yu məhkəməyə verdi

“Atəşgah” Sığorta Şirkəti ASC ölkənin yeganə su təchizatçısı barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Banker.az-ın xəbərinə görə, sığorta şirkəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti barəsində mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə müraciət edib.

Azərsu – Azərbaycanda su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər