®Tədbirin məqsədi fövqəladə hallar zamanı əməkdaşların düzgün davranış qaydaları ilə tanış edilməsi və təxliyə prossesinin təhlükəsiz həyata keçirilməsini təmin etmək olub. Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri tərəfindən zəlzələ zamanı atılmalı olan addımlar, dəm qazı ilə bağlı təhlükələr, çimərlik mövsümündə riayət edilməli təhlükəsizlik qaydaları, habelə yanğın zamanı görülməli tədbirlər barədə ətraflı məlumat təqdim olunub.
Təlimin sonunda şirkətin sığorta bazarındakı rolu və fəaliyyəti haqqında söhbət açılıb , daha sonra isə iştirakçılarla birlikdə xatirə şəkili çəkdirilib.
Qeyd etmək istərdik ki, “Atəşgah” Sığorta Şirkəti əməkdaşlarının peşəkar inkişafı, maariflənməsi və təhlükəsizliyi məsələlərinə daim xüsusi diqqət yetirir. Şirkət mütəmadi olaraq, müxtəlif mövzularda maarifləndirici təlimlər təşkil edir. Bu təşəbbüslər əməkdaşların bilik və bacarıqlarının artırılmasına, onların iş mühitində daha hazırlıqlı və məlumatlı olmasına xidmət edir.