21 C
Baku
Thursday, October 10, 2024

“Atəşgah” sığorta şirkəti geriləyib

Bu ilin sentyabr ayında “Atəşgah” sığorta şirkətinin yığımlarının həcmi azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik göstəricilərə istinadən xəbər verir.

Sığorta şirkətinin 2020-ci ilin sentyabr ayına yığımlarının həcmi 18 milyon 720 min manat olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 27 milyon 877 min manat olub. Belə ki, illik müqayisədə “Atəşgah” sığorta şirkətinin yığımları 33% azalıb.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC 1996-ci ildən bəri fəaliyyət göstərir. Bu sığorta şirkəti 5 008 500 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Azər Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər