10 C
Baku
Thursday, December 12, 2024

“Atəşgah Sığorta Şirkəti” mənfəət edib, gəlirləri artıb

“Atəşgah Sığorta” ASC 2023-cü ili 437 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 38 milyon 360 min manat (illik müqayisədə 29.3% çox), xərcləri 37 milyon 814 min manat (25.3% çox), mənfəət vergisi ödəmələri isə 109 min manat təşkil edib.

“Atəşgah Sığorta”nın hesabladığı sığorta haqları 2022-ci ildə 28 milyon 852 min manat ikən, 2023-cü ildə 45 milyon 870 min manata yüksəlib. Şirkətin sığorta ödənişləri isə 15 miylon 908 min manatdan 18 milyon 741 min manata qalxıb.

Qeyd edək ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər