®Noyabrın 6-sı “Atəşgah ” Sığorta Şirkəti Zəfər Gününün 5-ci ildönümü münasibətilə Qarabağ bölgəsində genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Zəngilan rayonunun Ağalı kəndində baş tutan aksiya çərçivəsində xeyli sayda şam və çinar tingləri əkilib. Layihənin məqsədi azad edilmiş ərazilərdə yaşıllıqların artırılması, təbiətin bərpası və ekoloji mühitin sağlamlaşdırılmasını təmin etməkdir.Şirkət gələcəkdə də işğaldan azad edilmiş ərazilərdə sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
Aksiya bu ilin əvvəlində şirkətin Zəngilanda fəaliyyətə başlamış xidmət mərkəzinin yerləşdiyi Ağalı kəndində həyata keçirilib.
Qeyd etmək istərdik ki, bu mərkəzin açılışı “Atəşgah” Sığorta Şirkətinin regionlarda xidmət şəbəkəsini genişləndirməsi, sakinlərə əlçatan sığorta xidmətləri göstərməsi və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlərdən biridir.









