Səhmlərinə SOCAR-ın da pay sahib olduğu “Atəşgah” Sığorta Şirkəti ASC-nin cəmi gəlirləri ötən il 40,96 mln. manat cəmi xərcləri isə 41,73 mln. manat olub.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2018-ci il üzrə illik maliyyə hesabatında deyilir.
Sığorta Şirkətinin cəmi gəlirlərinin bu qədər kəskin fərqlə azalmasına səbəb xalis sığorta ehtiyyatlarının dəyişməsi – 2018-ci ilin sonunda 26,96 mln. manat çıxılmaya doğru olduğu halda bu il 2 mln. manat gəlirə çevrilib.
Beləliklə, Sığorta Şirkətinin gəlirləri xərclərini qarşılaya bilməyib və işini bu ildə 770 min manatdan çox zərərlə davam etirməkdə davam edir. Öncəki il isə zərərin həcmi 1 mln. manatdan çox idi.
Xatırladaq ki, sığorta şirkətinin səhmlərinin 63 faizi İSR Holdinq, 27 faizi “Ren-Exim” Şirkəti və 10faizi isə SOCAR-a (Dövlət Neft Şirkəti) məxsudur.