“Atəşgah” Sığorta Şirkətində yeni təyinat

“Atəşgah” Sığorta Şirkəti ASC-yə Daxili Audit Xidmətinin rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, Kamran Babayev Hacıqulu oğlu “Atəşgah Sığorta” Şirkətinin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Reyhan Bədəlova Şahnəzər qızını əvəz edib. Kamran Babayev bir neçə sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb. “Standard Insurance” Sığorta Şirkəti, “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri, “Buta Sığorta”nın İdarə Heyətinin üzvü olub.

Kamran Babayev 1995-1999 illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb. 2005-2006 illərdə Londonun “Chartered Insurance” İnstitutunda sığorta üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Layihələrin idarə olunması ixtisası üzrə (MBA) təhsil alır.

Son xəbərlər
Digər xəbərlər