“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvlərindən biri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bu, Sadıq Mansurov Nəsiboğludur.
Sadıq Mansurov 2012–2018-ci illərdə “Atəşgah Həyat” Sığorta Şirkətində İdarə Heyəti sədrinin müavini, 2023–2025-ci illərdə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Şirkətdən bildirilir ki, hal-hazırda o, şirkətdə İT və biznes proseslərin optimizasiyası üzrə direktor vəzifəsini icra edir.
Qeyd etmək istərdik ki, “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin hazırkı tərkibində sədr də daxil olmaqla 6 üzv fəaliyyət göstərir.