“Atəşgah Sığorta Şirkəti”nin maliyyə göstəriciləri açıqlandı

“Atəşgah Sığorta Şirkəti” ASC 2026-cı ilin birinci yarısınında ümumi gəlirləri illik 0.4% artaraq 35.7 milyon manat, ümumi xərcləri isə 9% artaraq 36.7 milyon manat olub.

Banker.az bunu sığorta şirkətinin rüblük hesabatına istinadən xəbər verir.

Xalis investisiya mənfəəti isə 17.7% artaraq 1.4 milyon manat təşkil edib

Cari ilin ilk 6 ayında şirkətin biznes portfeli üzrə hesablanmış sığorta haqları 35.4 milyon manat təşkil edərək 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15.7% artıb. Həmin dövrdə həyata keçirilən sığorta ödənişləri 20.8 milyon manat olub. Tibbi sığorta üzrə zərərlilik dərəcəsi 105.3%, avtonəqliyyat vasitələrinin sığortası üzrə 98.3%, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 111.9% təşkil edib.

Şirkətin cəmi investisiya portfeli 46.2 milyon manat olub ki, bunun da 26.8 milyon manatını depozitlər, 19.3 milyon manatını istiqrazlar, 3.0 min manatını isə investisiya fondlarına yerləşdirilmiş aktivlər təşkil edib. İnvestisiya portfelindən əldə olunan faiz və dividend gəlirləri 1.4 milyon manat səviyyəsində qeydə alınıb.

Beləliklə, 994.1 min manat xalis zərər ilə başa vurub. Şirkətin maliyyə göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma qeydə alınıb. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 1.5 milyon manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər