®Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti ASC fəaliyyətinin 29 illiyi münasibətilə müştəriləri üçün xüsusi kampaniya elan edir.
Kampaniya çərçivəsində KASKO sığortası əldə edən hər bir müştəriyə 29 000 AZN məbləğində 3-cü şəxslər qarşısında məsuliyyət sığortası hədiyyə olunur.
Bununla yanaşı, şirkət “Yüz Yaşa” və Səyahət sığortası məhsullarını 29% endirimlə müştərilərinə təklif edir.
Qeyd edək ki, hər iki kampaniya 21 dekabr tarixinədək qüvvədədir və endirimlər yalnız “Atəşgah” Sığorta Şirkətinin rəsmi veb saytı üzərindən edilən onlayn alışlar zamanı keçərlidir.
29 illik etibara əsaslanan təcrübəsi ilə “Atəşgah” Sığorta Şirkəti müştəri məmnuniyyətini ön planda saxlayaraq, sərfəli sığorta məhsulları təqdim etməyə davam edəcək.







