®Müştərilərini hər zaman yeni və fərqli təkliflərlə sevindirən “Atəşgah” Sığorta Şirkəti Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsini nəzərə alaraq “Bayram Payı” adlı xüsusi kampaniyaya start verib.
1 mart – 21 mart 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Kasko sığortası əldə edən fiziki şəxslərə 10% endirim təqdim olunur.
Bununla yanaşı, kampaniya müddətində Kasko sığortası əldə edən müştərilər sığorta hadisəsi baş verdiyi zaman şəhərdaxili bir dəfə evakuator xidmətindən də faydalana biləcəklər.
Aksiya ilə bağlı ətraflı məlumat almaq və ya endirimli sığorta məhsulundan faydalanmaq istəyən şəxslər “940” qısa nömrəsi ilə əlaqə saxlaya, həmçinin aşağıdakı link vasitəsilə birbaşa müraciət edə bilərlər.






