12 C
Baku
Saturday, November 23, 2024

“Atəşgah” SŞ daha bir yeniliyə imza atdı

Azərbaycan sığorta bazarının liderlərindən olan və hər zaman müştərilərini düşünən “Atəşgah” Sığorta Şirkəti indi sığorta məshullarını öz müştəriləri, eləcə də ABB (Azərbaycan Beynəlxalq Bankı) müştəriləri üçün daha əlçatan edib.

Şirkət ABB və “Atəşgah” SŞ müştəriləri üçün sığorta məhsul və xidmətlərini “Atəşgah” mobil tətbiqi ilə yanaşı artıq ABB mobile tətbiqindən də əldə etmək imkanı yaradıb. İlkin olaraq tətbiq vasitəsilə “Səfər sığortası”, yaxın günlərdə isə ”Sarı”, “Narıncı”, “Kasko”, “Arxayın qonşu”, “Yüz yaşa” və “Daşınmaz əmlakın icbari sığortası” məhsullarından yararlanmaq mümkün olacaq.

Yüksək etibarlılıq imicinə sahib “Atəşgah” Sıgorta Şirkəti 1996-ci ildə yaranıb. Şirkət sığorta xidmətlərindən rahat istifadə etmələri üçün daim müştərilərinə hər cür şərait yaradır.

2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət sertifikatı alıb. Müştərilərinə daha əlçatan olmaq və çevik xidmət göstərmək üçün 50-yə yaxın fərqli sığorta növü təklifi ilə 12 ofisdə fəaliyyət göstərir!

 

Son xəbərlər
Digər xəbərlər