8 C
Baku
Friday, March 29, 2024

“Atəşgah”ın sədr müavini vəzifəsindən ayrıldı

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini İsmayılov Fuad Faiq oğlu dövlət qulluğuna dəvət olunması ilə əlaqədar 14.01.2022-ci il tarixində öz istəyi ilə vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu barədə Şirkətdən məlumat verilib. O, 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində müxtəlif vəzifələr -daxili auditor, Biznesə dəstək şöbəsinin müdiri, son 6 ildə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini vəzifəsini tutmuşdur. Peşəkar fəaliyyəti dövründə vəzifələrini layiqincə yerinə yetirmiş, ”Atəşgah” Sığorta Şirkətinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olmuşdur.

Son xəbərlər
Digər xəbərlər