Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərin daimi nümayəndələri Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatlara başlaması haqqında məlumatlandırılıblar.
Bu barədə TASS təşkilatdakı mənbəyə istinadən xəbər verib.
“Daimi nümayəndələr Rusiyanın Ukraynada hərəkətləri barədə məlumatlandırılıb. Baş verənləri müzakirə etmək üçün ATƏT-in Daimi Şurasının iclası keçiriləcək”, – mənbədən bildirilib.