ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.
Bu barədə missiyanın hesabatında deyilir.
“Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar ki, başa çatıb. Son qrup – missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik Ukraynanı tərk edəcək”, – hesabatda deyilir.
Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkəni tərk ediblər.
“Missiyanın Kramatorsk və Severodonetskdə əvvəllər dislokasiya olunmuş yerli üzvlərinin hərəkəti davam edir, Mariupolda yerləşdirilən missiyanın hərəkəti isə təhlükəsizlik məsələləri ilə əlaqədar təxirə salınır. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb”, – sənəddə deyilir.