ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstana səfər edəcək.
Bu barədə o, tvitter hesabında yazıb.
“Gürcüstana ATƏT-in sədri kimi gedirəm. Biz ATƏT-in Gürcüstana münaqişələrin həllində, qadınların və vətəndaş cəmiyyətinin əsas rol oynaya biləcəyi sahələrdəki institutların gücləndirilməsində qətiyyətli dəstəyini təsdiqləyirik”, – A.Linde qeyd edib.
Xatırladaq ki, İsveçin XİN başçısı ötən ilin oktyabrında Gürcüstana işgüzar səfər edib.