13 C
Baku
Friday, November 22, 2024

ATƏT sədri və Baş katib sərhəddəki gərginliklə bağlı birgə bəyanat yayıb

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT Baş katibi Mariya Helqa Şmid Ermənistan-Azərbaycan sərhədi boyunca baş vermiş silahlı qarşıdurmalarla əlaqədar tərəfləri təcili atəşkəsə çağırıb.

Bu barədə birgə bəyanatda deyilir.

“Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların eskalasiyası dərhal dayandırılmalıdır. Diplomatik yolla indiyə qədər əldə edilmiş tərəqqi boşa getməməlidir”, – Rau bildirib.

O vurğulayıb ki, son 18 ay ərzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi istiqamətində işi davam etdirmək barədə razılıq da daxil olmaqla, müxtəlif irəliləyişlər olub. Lakin, bu toqquşmalar əldə edilən tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insan həyatını təhlükə altına qoyur.

Mariya Helq Şmid isə qeyd edib ki, ATƏT onilliklərin təcrübəsinə əsaslanaraq tərəflərə sülhün bərqərar olunması istiqamətində kömək etməyə hazırdır.

“Biz hamımız regionda davamlı sülh və firavanlığa nail olmaq kimi birgə məqsədi bölüşürük”, – Şmid bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər