“Ata Bank” ASC ölkədə qeydiyyatda olan zavod “AZQALFAN-A” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, kommersiya bankı bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib.
Bank ilk olaraq məhkəməyə müraciət edərək zavoddan kredit borcun tutulması iddia edib. Qarşılıqlı iddia üzrə “AZQALFAN-A” zavodu da, məhkəməyə müraciət edərək artıq ödənilmiş pulun borc məbləğindən çıxılmasını xahiş edib.
Məhkəmə, ortada olan bir-birlərinə qarşı iddianın “qismən təmin” edilməsinə dair çıxardığı qətnamə tam olaraq kimin xeyrinə olduğu göstərilməsə də, məlum olan odur ki, bu qətnamə ilə bağlı hər iki qurum razı qalmayıblar. İki qurumun qarşılıqlı iddiasına Bakı Apelyasiya Məhkəməsində gələn həftənin çərşənbə günü baxılacaq.
Tam olaraq söhbət hansı ildə bağlanılan müqavilə və məbləği heç bir qurum açıqlamır.
Azərbaycanda ağır sənaye və maşınqayırma müəssisələri qurupuna daxil olan “AZQALFAN-A” zavodu 2011-ci ildə dövlət qeydiyyatına alınıb. İstehsaçlı müəssisənin rəsmi olaraq 3 milyon manat nizamnamə kapitalı mövcuddur.