24 C
Baku
Friday, October 4, 2024

“Ata Bank”da yeni təyinat olub

“AtaBank” ASC-nin vakant qalmış Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib.

Bu barədə Banker.az-a təyin olunmuş şəxs özü məlumat verib.

2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətimə başlayıb. Bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edirdi. Bu ilin mart ayından etibarən Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, O. İbrahimov həm də, Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.

Xatırladaq ki, Fevral ayının əvvəlindən qeyd olunan vəzifə vakant idi. Belə ki, Orxan Gültəkin “Ata Bank”ı tərk edərək, “Rabitə Bank” ASC-nin İdarə Heyəti Sədrinə müavin təyin edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər