“AtaBank”ın İdarə Heyəti sədri ilə yanaşı müavinləri işdən azad olunub

Bir həftə öncə “AtaBank” ASC-nin İdarə Heyətinin sədri və onla bərabər bir neçə TOP menecementdən vəzifədən azad olunanlarla bağlı Banker.az-ın yaydığı xəbər rəsmən təsdiqlənib.

Bankın saytında İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları silinib, yalnız departament rəhbərləri saxlanılıb. Qqeyd edək ki, buna qədər  Bankın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin I müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin iki müavini – Rauf Hüseynov və Kamran Orucəliyev idi.

Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adı  yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları