9 C
Baku
Wednesday, December 11, 2024

“AtaHolding”in 800 min manata yaxın vergi borcu var

17 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “AtaHolding”in dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “AtaHolding”in 795 min 303 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 9 iyun 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupudur. Tərkibində 17 şirkət vardır. Bu holdinqin nizamnamə kapitalı 40 071 816 manatdır və qanuni təmsilçisi Adıgözəl Ağıyevdir.

Son xəbərlər
Digər xəbərlər