“Ata Sığorta” ötən ili böyük zərərə bitirib

  • 1
  •  
  •  
  •  

“Ata Sığorta” ASC-nin 2018-ci ilin yanvar-dekabr ayları üzrə gəliri 17 mln. 997 min manat cəmi xərcləri isə 25 mln manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin maliyyə hesabatında deyilir.

“Ata Sığorta”nın xərclərinin əsas səbəbkarı ötən illə müqayisədə sığorta ödənişlərinin 53%, təkrar sığortaya ödənişlərin 9 dəfə çox və işlərin aparılmasına çəkilən xərclərin 71% daha çox olması olub.

Beləliklə sığorta şirkətinin il üzrə zərərinin həcmi 7 mln. 77 min manat təşkil edib. Halbu ki, hesabat dövründən öncəki ili (2017)  956 min manata qədər xalis mənfəətlə tamamlamışdı.

 


  • 1
  •  
  •  
  •