29 C
Baku
Thursday, July 25, 2024

“Ata Sığorta” maliyyə göstəricilərini açıqladı

“Ata Sığorta” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir

Ötən il “Ata Sığorta”nın gəlirləri 15 milyon 752 min manat, investisiya gəlirləri 1 milyon 298 min manat, subroqasiya gəlirləri 326 min manat, xərcləri isə 18 milyon 17 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Ata Sığorta”nın aktivləri 17 milyon 449 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 9 milyon 202 min manat, balans kapitalı isə 8 milyon 247 min manat təşkil edib.

Xatırladaq ki, “Ata Sığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

 

 

Son xəbərlər
Digər xəbərlər