8 C
Baku
Thursday, March 28, 2024

“Ata Sığorta” səhmdarları hesabat verəcək

Aprelin 25-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az şirkətə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə 2017-ci maliyyə ili üzrə İdarə Heyətinin və Direktorlar Şurasının hesabatının, müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər